İyulun 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Paytaxtda və Abşeronda havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 25-29 dərəcə isti təşkil edəcək.