Bakıda Yaponiya mədəniyyətinə həsr olunmuş tədbir baş tutub. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tədbirdə Yaponiyanın səfiri Cuniçi Vada çıxış edərək bildirib ki, son 30 ildə iki ölkə arasında əlaqələr fəal inkişaf edib. Şənlikdə ənənəvi yapon rəqsi olan “Şişimay” ifa olunub.
Mərasimdə Yaponiyanın Azərbaycandakı səfirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.