Vladimir Putin və Pavel Durov görüşməyiblər.
Rusiya KİV xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, jurnalistlərin "Vladimir Putinin Bakıda Pavel Durovla görüşü olubmu?" sualına "xeyr" deyə cavab verib.
Rusiya Federasiyasının Prezidenti avqustun 18-19-da Bakıda dövlət səfərində olub. Həmin ərəfələr “Telegram” təsisçisi Pavel Durov Azərbaycan olub.