Pirşağı sahilində ölü suitilər aşkar olunub. Bu haqda bu gün, 11 oktyabr tarixində Report.az məlumat yayıb.
Aşkarlanan 10 ədəd suiti cəsədlərinin 7-si çürümüş vəziyyətdə olub. Hadisə yerində baxış keçirən Zoologiya institutunun əməkdaşları çürümüş olan suitilərin yaşlı olduqlarını güman edirlər.
Bütov qalan cəsədlərin üzərində kəsici alət izləri tapılıb.
“Belə qənaətə gəlmək olur ki, böyük ehtimalla yem axtaran zaman balıqçı torlarına düşən suitilər elə balıqçılar tərəfindən də qətlə yetiriliblər.”- deyə onlar bildirib.
Xəzər dənizində 100.000-ə yaxın suiti məskunlaşır. Onlar Azərbaycan sularında mart-aprel aylarında olurlar. Digər vaxtlarda şimal sahillərinə üz tuturlar.