Avtovağzalın qarşısı piyadalar üçün təhlükə saçır. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Binəqədi rayonunun Moskva prospekti, 77 ünvanında - Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında piyadalar üçün infrastruktur yaradılıb.
Yaxınlıqda piyada zolaqları olsa da, rənglərinin itməsi səbəbindən sürücülər zolağı görmür və həmin yerlərdən sürətlə ötürlər. Piyada keçidini göstərən işarənin də ağaclara görə görünməməsi piyadaların işini bir qədər də çətinə salır.
AYNA-dan məsələ ilə bağlı bildirilib ki, araşdırma aparılır, əlavə məlumat veriləcək.