Bakıda cinayət törədən qadın Rusiyada tutulub. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
63 yaşlı Gülnarə Xəlilova paytaxtın Binəqədi rayonunda yerləşən 2 saylı poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 5 ay ərzində şöbədən 24.150 AZN pul mənimsəyərək Rusiya Federasiyasına qaçıb.
Şübhəli şəxs barəsində cinayət işi açılaraq interpol xətti ilə axtarışa verilib. Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən tutulan G.Xəliliova yaxın zamanda Azərbaycana ekstradisiya olunacaq.