Daha bir ölkə başçısı COP29-da iştirak edəcək. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Polşa Prezidenti və Baş naziri COP29 üçün Bakıya gələcəklər. Bununla bağlı Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Polşanın Konstitusiya gününə həsr olunmuş tədbirdə deyib.
“Prezident və Baş nazir COP29-da iştiraka dəvət alıblar və bu yüksək səviyyəli konfransda iştirak etməyi planlaşdırırlar”, - deyə o qeyd edib.