Polad Bülbüloğlu Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Polad Bülbüloğlu sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. O, yeni çağırış parlamentin ilk iclasında Mədəniyyət Komitəsinin sədri seçilib.