Polad Bülbüloğlu vəzifəsindən ayrılır. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.
“Moskvada 18 il 6 ay fəaliyyət göstərmişəm. Bu, diplomatik xidmət üçün az müddət deyil. Hazırkı mərhələdə mənim doğma Şuşanı, rayon sakinlərini parlamentdə təmsil etməyim daha düzgün olardı. Çox ümid edirəm ki, seçiləcəyəm və Qarabağın işğaldan azad olunmasından sonra birinci deputat olmaq böyük şərəfdir. Allahın nəsib etdiyi ömrümün qalan hissəsini Vətənimdə insanlarla və təbiətlə daha çox ünsiyyətə həsr etmək istərdim”, - P.Bülbüloğlu deyib.