Əhalinin çimərliklərə kütləvi axın etməsi ilə əlaqədar polis əməkdaşları bu zonalarda xidmətlərini fasiləsiz aparacaqlar. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Dənizkənarı zonalara əlavə canlı qüvvə və xidməti avtomobillər çıxarılıb.
Həmçinin ölkənin bütün turizm zonlarına – çimərliklərə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları təhkim olunub. Köməyə ehtiyacı olan şəxslərə çağırışlar üzrə operativ köməkliklər göstərilib, müfaviq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib.