Abşeron rayonunda yeniyetmə qız axatrılır. Bu barədə Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Mehdiabad qəsəbə sakini 16 yaşlı Səma Məhərrəmova 10 gündən artıqdır itkin düşüb.
Avqustun 8-də taksi ilə yaşadığı yeri tərk edən qızdan daha sonra məlumat almaq mümkün olmayıb.
Onun evi tərk edəndən sonra paytaxtın Nizami və Xətai rayonları ərazisində olması kameralara düşüb. Lakin hazırda harada olması məlum deyil.
DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Məhərrəmova Səma Əsgər qızının itkin düşməsi ilə bağlı axtarışa elan olunub: “Şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi təmin olunacaq”.