Polisə müqavimət göstərən şəxs barəsində cinayət işi açılıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Nəsimi rayon Prokurorluğuna istinadən xəbər verir.
Narkotik dövriyyəsində şübhəli bilinən 36 yaşlı Rauf Qurbanov öncə avtoxuliqanlıq edib, daha sonra isə polisə müqavimət göstərməyə başlayıb.
Qeyd olunan faktlarla bağlı R.Qurbanov barəsində cinayət işi açılıb və toplanan sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.