Kriştianu Ronaldu Bakıya gələcək. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edən 38 yaşlı futbolçunun Bakıya gəlişinin səbəbi onun şirkətin reklam siması olmasıdır. Ulduz futbolçu ilə görüş və korporativ imza mərasiminin keçirilməsi planlaşdırılır. Artıq tərəflər bütün detalları razılaşdırıblar, müqavilə hazırlanıb.
Səfərin dəqiq tarixi hələlik açıqlanmır.