Bakının Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən Prezident Administrasiyasının Vətəndaşların Qəbulu Mərkəzinə gedən marşrut avtobuslarının nömrələri açıqlanıb. Bu haqda bu gün, 29 mart tarixində Bakı Nəqliyyat agentliyi məlumat verib.
Belə ki, metronun "İnşaatçılar" və “Elmlər Akademiyası” stansiyalarından 17, "N.Nərimanov" stansiyasından 24, "28 May" stansiyasından 27, "20 Yanvar" stansiyasından isə 211 nömrəli marşrutlar həmin ünvana gedir.
Həmçinin 2, 7A, 7B, 93 nömrəli marşrut avtobusları həmin ərazidən yaxın keçir.
Ötən gün, 28 mart tarixində məlum olub ki, Bakıda Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi açılıb.