Bakıda Prezident Administrasiyasının vətəndaş qəbulu mərkəzi açılıb. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları vardır.
Bundan əlavə, mərkəzdə 1111 nömrəli cağrı mərkəzi də fəaliyyət göstərəcək, eləcə də ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfransların keçirilməsi imkanı olacaq. Bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları prezident administrasiyası ilə xüsusi rabitə ilə əlaqə saxlaya biləcəklər.
Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.
[URIS id=38432]