Azərbaycan Respublikasının Xalq və Əməkdar rəssamı bu gün, 30 oktyabr tarixində Arif Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib. Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Hüseynov Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb. Onun bu gün 80 yaşı tamam olur.
Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. Onun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.
[caption id="attachment_118149" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]