Prezident İlham Əliyev İran səfirliyində olub. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub. O, İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onları müşayiət edən digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
[caption id="attachment_138697" align="alignnone" width="640"]
Foto Report.az[/caption]