Prezident Zəfər parkını ziyarət edib. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakupuls.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Dövlət başçısı və birinci xanım parkın girişində xatirə daşının üzərinə gül dəstələri qoyublar.
Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri də iştirak ediblər.