Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Bu haqda prezidentin rəsmi saytında məlumat verilib.
Sərəncama əsasən, Bakı şəhəri, Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan və Zirə qəsəbələrində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 4,4 milyon manat ayrılması nəzərdə tutulub.
İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılacaq.