Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xəzər rayonu, Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) zavodunun açılışında iştirak edib. Bu barədə Bakuplus.az prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.
“Abşeron Zeytun Bağları” regionun ən böyük zeytun yağı və süfrə zeytunu emalı zavodudur.