Prokurorluqda kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Kamran Əliyevin müvafiq əmrinə əsasən, Fərid Nağıyev Qaradağ rayon prokuroru vəzifəsinə təyin edilib. F.Nağıyev bundan öncə Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.
Daha bir əmrə əsasən, Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub. Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.