Prorektorun qətlində təqsirli bilinən şəxslərə hökm oxunub. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Keçmiş Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin məhkəməsi başa çatıb.
Məhkəmənin hökmü ilə Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev hərəsi 14 il 6 ay azadlıqdan məhrum ediliblər.
Hadisə 2011-ci ildə baş vermişdir. AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşfiq Atakişiyev vaxtilə rektoru olduğu Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun 2011-ci ildə qətlini sifariş etmişdir.