top
Psixoterapevt 140 manatımızı alıb, qızıma kobud davranıb – Bloqer sərt tənqid etdi, həkim cavab verdi
10 iyun 2025, 05:52
- ↺ +

"Psixoterapevt 140 manatımızı alıb, qızıma kobud davranıb" – Bloqer sərt tənqid etdi, həkim cavab verdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Qəbulu 140 manat olan tanınmış psixoterapevt Azər Bağırov qızımı stresə salıb”.

Bu barədə bloqer Aynur Qurbanqızı sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, qızı psixosomatikadan əziyyət çəkdiyi üçün həmin həkimə müraciət ediblər: “Qızım stresə düşəndə ürəkbulanması, qusmaları olur. Bunun üçün 3 dəfə psixoterapevt Azər Bağırovun qəbulunda olub, hər dəfə də 140 manat ödəmişik. Bundan əlavə, onun həyat yoldaşı da psixoloqdur və onun da yanına dəfələrlə yönləndirib. Həyat yoldaşının qəbulu 80-100 manatdır. Sanki ancaq pul yığmaq üçün şəbəkə qurub. Nə isə, problem pul deyil, pulu ona görə vurğuladım ki, görəsiniz ki, 140 manata bu həkimin qəbulu nədən ibarətdir. Dərmanlar bitdikdən sonra, ötən həftə qızım təkrar bunun qəbuluna gedib. Cəmi 15 dəqiqə zaman ayırıb və bu dəqiqələr içində də qızımı incidəcək ağır, kobud sözlər deyib”.

Ana deyir ki, dərmanlar bitdikdən sonra yenisini almayıblar. Buna səbəb isə həkimin başqa dərmanlar yazacağını düşünmələri olub. Lakin qızı qəbul zamanı həkimin kobud davranışı ilə üzləşib: “Üstəlik, dərmanların aylardır təsiri olmayıb. Qəbul zamanı həkimin cavabları məhz belə olub: “Qusursan? Nə olsun ki? Qusanda da qusacaqsan da. Sən nə gözləyirsən? Uğur? Mən sənə dərman yazıram, vəssalam. İçib-içməməyin məni maraqlandırmır. Mən sənin anan deyiləm, atan deyiləm ki, sənə can yandırım. Aramızda heç bir duyğusal bağ yoxdur. Sənə dərman da yazmaram, amma daha pul verib gəlmisən, yazıram…” Qızım deyir ki, danışarkən də dediklərimə də fikir bildirmirdi, fikri növbəti xəstəni qəbula salmaqda qalmışdı. Məni narahat edən və əsəbiləşdirən nədir?! Bir psixoterapevt stresə görə müalicəyə gələn həssas gənc qıza necə belə kobud davrana bilər?! Bu nə sözlərdir deyir? Ürəyindən keçirə bilər, amma ifadə etmək nə dərəcədə etikdir? Axı qarşındakı məhz duyğusal stres pozğunluğuna görə sənin yanına müalicəyə gəlir. Biz 140 AZN pulu qəbula nə üçün ödəyirik? Həkimin borcu xəstəsinə elə məhz can yandırmaqdır ki, şəfa olsun. Sən aylardır müalicə alan pasiyentinə sağalmasına heç bir ümid vermirsənsə, laqeyd münasibət göstərirsənsə bunun adı nədir?!”

İddialarla bağlı psixoterapevt Azər Bağırov qafqazinfo.az-a bildirib ki, seanslarının müddəti stabildir: “Bizə bir çox psixiatrik xəstəliklər üzrə müraciətlər olur, psixosomatika da onlardan biridir. Müalicə seansları 30 dəqiqə, terapiya seansları isə 40–50 dəqiqə aralığındadır. Həmin yarım saatlıq müddət bitəndə köməkçim yeni bir xəstənin dosyesini gətirir və mən anlayıram ki, vaxtımız tamamlanıb. Yəqin həmin xanım da bunu nəzərdə tutub.

Amma bunun xaricində mən tam olaraq tibbi protokollara uyğun şəkildə işləyirəm. Xəstəyə ilk növbədə diaqnozu bildirirəm. Əgər xəstənin yaşı 18-dən aşağıdırsa, valideyni ilə görüşür və vəziyyəti ətraflı izah edirəm. Xəstəliyin necə keçdiyini, hansı mərhələdə olduğunu və gələcəkdə nə baş verəcəyini — yəni, müalicənin gedişatını, müalicə kəsilərsə nə ola biləcəyini açıq şəkildə bildirirəm. Heç vaxt real olmayan ümidlər vermirəm. Mütləq şəkildə bildirirəm ki, kontrol müayinəsinə gələnə qədər dərman müalicəsini təyin etdiyim qayda və sxemə uyğun şəkildə davam etdirsinlər. Axsatmadan. Bunu dəfələrlə vurğulayıram”.

Həkim həmin xəstənin nə vaxt gəldiyini xatırlamadığını əlavə edib: “Təəssüf ki, sosial şəbəkədə mənə qarşı, eləcə də müraciət edən digər insanlara qarşı təhqiramiz ifadələr işlədib. Onları “qoyun sürüsü” adlandırmaqla həm mənim etibarımı zədələməyə, həm də qarayaxma kampaniyası yaratmağa çalışıb. Bu məsələni hüquqi müstəvidə davam etdirməyi düşünürəm. Niyə belə etdiyini isə başa düşə bilmirəm. Əslində, həmin paylaşımı görəndə çaşqınlıq keçirdim. Çünki konkret olaraq problem yaşadığımız bir hadisəni xatırlaya bilmədim. Ola bilsin ki, xəstənin qızı görüşdə olub, anasına məlumat verib. Ancaq mənim hər hansı pasiyentlə kobud rəftarım mümkün deyil. Bəzən müəyyən reallıqları — xəstəliyin gedişi ilə bağlı həqiqətləri — açıq şəkildə izah etdikdə, bəzi xəstələr və ya ailə üzvləri bunu qəbul etməyə hazır olmurlar və bu onlarda narahatlıq yaradır. Məsələn, psixosomatikada belə hallar ola bilər: isterik tutmalar — sanki diqqət çəkmək üçün etdikləri hissi yaradır. Amma əslində, bu tutmalar onların iradəsindən asılı olmadan baş verir. İstəkləri qarşılanmadıqda və ya əngəlləndikdə bu isterik reaksiyalar baş qaldıra bilər. Ailələr də bu məlumatları qəbul etməkdə çətinlik çəkə bilər. Bütün bunlar mənim ehtimallarımdır ki, nə baş vermiş ola bilər. Onun xaricində deyilən digər şeylərin heç biri mümkün deyil”.

Son xəbərlər

Xəbər
Bu gün, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Bu gün, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Bu gün, 11:34

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Bu gün, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Bu gün, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Bu gün, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Bu gün, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
Dünən, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
Dünən, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
Dünən, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
Dünən, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
Dünən, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
Dünən, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
Dünən, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
Dünən, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
Dünən, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
Dünən, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Dünən, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Dünən, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Dünən, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Dünən, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Dünən, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
29 oktyabr 2026, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Oxşar xəbərlər