Bakının Nəsimi rayonunda, Üzeyir Hacıbəyli və Aleksandr Puşkin küçələrinin kəsişməsində təmir işləri aparılır. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az məlumat verir.
Ərazidə asfalt örtüyü qaşınaraq yenisi ilə əvəz olunur, nişanlanma yenilənir. Təmirlə bağlı Puşkin küçəsinin Ü.Hacıbəyli küçəsi və Neftçilər prospekti arasında olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir.
[caption id="attachment_79879" align="alignnone" width="640"]
Foto BakuPlus.az[/caption]