Ölkədə qəbul imtahanına qeydiyyat başa çatıb. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu yekunlaşıb.
6 may saat 23:59-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 30.130, II qrup üzrə 23.939, III qrup üzrə 25.132, IV qrup üzrə isə 5923, ümumilikdə isə 85.124 abituriyent elektron ərizəsini təsdiq edib.