Qənirə Paşayevanın son durumu açıqlanıb. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Deputatın köməkçisi olan Elbət Bədirovun sözlərinə görə, Q.Paşayevanın səhhətində heç bir dəyişiklik yoxdur: “Vəziyyəti əvvəlki kimidir. Həkimlər bütün lazımi tədbirləri görürlər. Hər kəsdən xahiş edirəm ki, dəqiqləşdirilməmiş informasiyaları yaymasınlar. İnşallah ki, tezliklə Qənirə xanımla bağlı sevindirici xəbəri yayarsınız”.
23 sentyabr tarixində Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayeva ağır vəziyyətdə Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.