Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri başa çatıb. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
“Əminik ki, mədəni əməkdaşlığımız daha da genişlənəcək. Qırğız xalqı Azərbaycanın Nizami Gəncəvi, Üzeyir Hacıbəyli, Qara Qarayev, Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu və başqa ədəbiyyat və mədəniyyət xadimlərinə çox böyük hörmət bəsləyir. Xalqlarımızı daha da yaxınlaşdıracaq, mədəni əməkdaşlığımızı dərinləşdirəcək yeni layihələr həyata keçirəcəyik”, – deyə nazir Altınbek Maksutov bildirib.
[caption id="attachment_136465" align="alignnone" width="640"]
Foto Report.az[/caption]