Qırğızıstanın prezidenti Bakıya səfərə gəlib. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Səfər çərçivəsində 2 ölkə arasında bir sıra memorandumlar imzalanıb, əməkdaşlıqlar təsdiqlənib. Belə ki, Azərbaycan Qırğızıstan dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək. Həmçinin energetika və gömrük sahələrində əməkdaşlıq memorandumu imzalanıb.
Bundan əlavə, Qırğızıstan öz hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək.
Ümumilikdə 2 ölkə rəsmiləri 18 sənəd imzalayıblar.