Bakıda Türkiyə vətəndaşı saxlanılıb. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 42 yaşlı Gücenmez Erdem Ali paytaxt ərazisində saxlanılıb. O, Türkiyə Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə axtarışda olub.