Paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsində səyyar qəbul keçirilib. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə rayon icra başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, Qızıldaş qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşdə sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən mövzular müzakirə olunub. Daha sonra məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib.