Əməkdar artist Elizbar Osmanov 1 saylı Kliniki Mərkəzində reanimasiya şöbəsində saxlanılır. Bu haqda Oxu.az məlumat yayıb.
İki gündür ki, o, tənəffüs aparatından ayrılıb, özünə gəlib. Müayinə və müalicə prosesi davam etdirilir. Xəstənin vəziyyəti stabildir.
26 oktyabr tarixində Nəsimi rayonu ərazisində, Bakı Dövlət Sirkinin yaxınlığında Elizbar Osmanovu “BMW” markalı avtomobil vurub. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.
Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə “Əməkdar artist” fəxri adı verilib.