top
Qadın sərnişinə təcavüz edən və özünə “5 ulduz” qoyan taksi sürücüsünə hökm oxunub
26 iyul 2024, 06:38
- ↺ +

Qadın sərnişinə təcavüz edən və özünə “5 ulduz” qoyan taksi sürücüsünə hökm oxunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda ötən ilin iyul ayında sərnişinə qarşı seksual xarakterli hərəkətlər edən taksi sürücüsü Yusif Quliyevin (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Taksi sürücüsü Cinayət Məcəlləsinin “Seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi ilə təqsirli bilinib. Hakimin qərarı ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işinin materiallarına əsasən, hadisə gecə saat 03:00 radələrində Mərdəkan şosesində  baş verib. Qadın Heydər Əliyev Beynəlxalq Hava Limanına getmək məqsədilə komfort taksi sifariş edib. Aeroporta tərəf hərəkət edən zaman sürücü avtomobili aşağı sürətlə sürüb və bu zaman qadına əxlaqsız təkliflər edib. Daha sonra o, avtomobili saxlayıb və arxa oturacağa keçərək qadına qarşı seksual xarakterli hərəkətlər edib. O, qadını hadisə barədə heç kimə məlumat verməməklə bağlı təhdid edib. Təcavüz hərəkətləri etdikdən sonra sürücü sərnişinin əlindən telefonunu alaraq tətbiqdən özünə "beş ulduz" verib.

Xarici ölkəyə gedən qadın Bakıya qayıdarkən polisə müraciət edib. Məhkəmədə təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittihamı qəbul etməsə də, müşahidə kameralarında Yusif Quliyevin magistral yolda avtomobili 20 dəqiqə saxladığı, ön oturacaqdan düşüb arxa oturacağa keçdiyi müəyyən edilib. Məhkəmə tibbi-ekspertizasında da qadına qarşı zorakılıq törədildiyi öz təsdiqini tapıb.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər