Paytaxtın Xəzər rayonunda ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
44 günlük Vətən müharibəsinin 2-ci ildönümü ilə əlaqədar sözügedən rayonun Qala qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, YAP-ın rayon təşkilatının sədri, aparatın əməkdaşları, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, eləcə də idarə, müəssisə, təşkilat və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Aksiya zamanı müxtəlif növ həmişəyaşıl ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
[caption id="attachment_78195" align="alignnone" width="640"]
Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti[/caption]