“Leyla Medical Center”-ya beyin qansızması diaqnozu ilə yerləşdirilən bəstəkar-müğənni Pərviz Mahmudovun son vəziyyəti məlum olub. Bu haqda “Qafqazinfo” Anesteziologiya və Reanimasiya şöbəsinin rəhbəri Asim Əhmədova istinadən bu gün, 15 noyabr tarixində məlumat verib.
Xəstənin vəziyyəti kafidir, huşu aydındır. Xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunur. Buna baxmayaraq, sənətçi reanimasiyada qalmağa davam edir.
Noyabrın 10-da sənətçinin beyninə qan sızmışdır. O, xəstəxananın reanimasiya bölməsinə yerləşdirilmişdir.
Pərviz Mahmudov Brilliant Dadaşova, Aygün Kazımova və Röya Ayxan kimi Xalq artistlərinə mahnı bəstələyib.