Cavanşir (keçmiş Qaqarin) körpüsü tamamilə sökülüb, onun yerində yeni yol inşa olunur. İşlər qrafikə uyğun olaraq aparılır. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Hazırda ərazidə bir tərəfdə yol yatağı hazırlanır, digər tərəfdə isə ehtiyat elektrik naqillərinin keçirilməsi üçün borular çəkilir. Söküntüdən sonra qalan inşaat tullantıları daşınıb, təmizlik işləri aparılır.
Bildirilir ki, işlər zamanı ərazidə olan yaşıllığa ziyan vurulmur. Hazırda yol yatağının inşası başa çatıb, asfaltlanma üçün hazırlıq işləri görülür.
Ərazidə yaşıl zonanın, həmçinin bulvar istiqamətində də rahat hərəkət üçün əlavə keçidlərin olması nəzərdə tutulur. Bütün işlərin növbəti 3 ay ərzində yekunlaşdırılması planlaşdırılır.