Paytaxtın Nizami rayonunda, Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində şəhidlərin xatirəsinə yaradılan parkın açılışı baş tutacaq. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Ərazidə 3 hissədən ibarət abidə quraşdırılıb, ətrafa tamet örtüyü vurulub, yaşıllıqlar əkilib. Parkın açılışı 27 sentyabr saat 10:00-da baş tutacaq. Açılış mərasimində şəhid ailələrinin üzvləri və qazilərin iştirakı gözlənilir.
Hazırda parkda təmizlik işləri aparılır.