Qarabağ bölgəsində yerləşən mərmər zavodunda silah-sursat aşkar edilib. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinə istinadən xəbər verir.
Tikilinin zirzəmisində gizlədilmiş çoxlu sayda silah-sursat aşkar olunub.
Qanunsuz fəaliyyət göstərən mərmər zavodu uzun müddət hərbi məqsədlər üçün istifadə edilib.
Oradan müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.