Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan (2007-2020), “Daşnaksutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan saxlanılıblar. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Hər dörd şəxs DTX-nin əməkdaşları tərəfindən Bakıya gətirilib. Bu şəxslər çoxsaylı cinayətlərdə ittiham olunaraq istintaqa cəlb olunublar və məhkəmə qarşısında cavab verəcəklər.