Qarabağ separatçılarının həbs müddətinin uzadılması ilə bağlı müzakirələr aparılır. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barələrində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması istənilib.
Baş Prokurorluğun İstintaq İdarəsinin vəsatətləri və təqdimatları məhkəməyə daxil olub.
Təqdimatlara Binəqədi rayon Məhkəməsində baxılacaq.