Bu gün, 28 fevral tarixində Bakıdan Laçına növbəti köç karvanı yola salınıb. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Karvan Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola çıxıb. Laçın şəhərinə daha 20 ailə – 78 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülür.
İndiyədək Laçın şəhərində 1705 nəfərin, Zabux kəndində isə 808 nəfərin daimi məskunlaşması təmin edilib.