Lökbatan qəsəbəsində qanunsuz olaraq satışa çıxarılan məhsullar məhv edilib. Bu haqda 13 yanvar tarixində AZƏRTAC xəbər verib.
Qida Təhlükəsizliyi Agentliyi Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, bioloji fəallığa malik qida əlavələri adı altında müxtəlif çeşidli məhsullar aşkar edib. Bu məhsulların topdan satışı ilə məşğul olan fiziki şəxslər Rauf Qəmbərov, Saeed Muhammed və Vüqar Mehdiyeva məxsus mağazalarda yoxlama keçirilib.
Yoxlama zamanı mağazalarda 192 ədəd mənşəyi məlum olmayan məhsul aşkarlanıb və satışdan kənarlaşdırılaraq məhv edilib. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.