Paytaxtın Qaradağ rayonunda qanunsuz heyvan kəsimi məntəqələrinə qarşı reyd keçirilib. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən monitorinqlər zamanı rayonun Sahil qəsəbəsində 3, Lökbatan qəsəbəsində 3 məntəqədə nöqsanlar aşkarlanıb. Sözügedən obyektlərdə sanitar-gigiyenik qaydalara riayət olunmayıb, satışda olan ətlər baytarlıq yoxlamasından keçməyib.
Qayda pozuntusu aşkar olunan məntəqələrdə ət kəsimi üçün nəzərdə tutulan konstruksiyalar sökülüb, rəhbərlik məsuliyyətə cəlb olunub.
Agentlik bundan sonra da yoxlamaların davam edəcəyini qeyd edib.