Paytaxtın Qaradağ rayonunda Külək Elektrik stansiyası inşa olunacaq. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Mikayıl Cabbarovun rəsmi Twitter səhifəsinə istinadən xəbər verir.
Qaradağ Külək Elektrik Stansiyası layihəsinin həyata keçirilməsinə dair razılıq əldə edilib.
Bununla əlaqədar Azərbaycan İnvestisiya Şirkəti, “Caspian HDG” MMC və İspaniyanın “Elecnor” şirkətləri arasında anlaşma memorandumu imzalanıb.