Paytaxtın Qaradağ rayonunda millət vəkili ilə görüş olacaq. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Bakı Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Adıçəkilən qurumun təşkil etdiyi “Qonağımız var” layihəsi çərçivəsində millət vəkili Jalə Əhmədova ilə görüş baş tutacaq.
Tədbir 18 aprel saat 13:00-da Qaradağ rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək.