Paytaxtın Qaradağ rayonu, Ələt və Səngəçal qəsəbələrində tarixi tikililərə baxış keçirilib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.
Dövlət Xidmətinin rəisinin də iştirak etdiyi yoxlamalarda Ələt qəsəbəsində yerləşən sənaye borusuna və Səngəçal qəsəbəsində yerləşən karvansara və ovdanlara baxış keçirilib.
Adıçəkilən tikililərin mühafizəsinin gücləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.
[caption id="attachment_80297" align="alignnone" width="640"]
Foto Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Facebook səhifəsi[/caption]