Suraxanı rayonunda Vətən müharibəsi şəhidləri Çərkəz Teyyublu və Ağamirzə Gülmalıyevin xatirəsini əbədiləşdirmək üçün tikilən bulağın açılışı olub. Bu haqda 30 sentyabr tarixində Qaradağ RİH məlumat verib.
Xatirə bulağı Şonqar qəsəbəsində inşa olunub. Açılış mərasimində şəhidlərin ailə üzvləri, dostları, İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Hər iki şəhidin müharibədə göstərdikləri qəhrəmanlıqlarından danışılıb.
Şəhid Teyyublu Çərkəz Vidadi oğlu Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 21-də şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda" və"Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Gülmalıyev Ağamirzə Ağabəy oğlu Füzuli rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. O, "Vətən Uğrunda", "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
[caption id="attachment_72340" align="alignnone" width="640"]
Foto Qaradağ RİH-nin rəsmi saytı[/caption]