Qaradağ Şüşə Zavodunda rəhbərlik dəyişib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus zavodun idarə heyətinə İsgəndər Əliyev yeni sədr vəzifəsinə təyin edilib. O, Türkiyə vətəndaşı Cüneyt Cebecini əvəz edib.
Qaradağ Şüşə Zavodunun 35 milyon 950 min 630 AZN kapitalı var.