Qarayara xəstəliyinə tutulanlar Bakıya gətiriliblər. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Kliniki Tibbi Mərkəzə istinadən xəbər verir.
Zaqatala rayonunun Faldarlı kəndinin 3 sakini qarayara diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Onlar Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndəriliblər.
Müvafiq qurumlar tərəfindən Faldarlı kəndində xəstəliyin ocağı lokallaşdırılıb. Qarayara xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür.