Bakıda qardaşını bıçaqlayan Püstə Məmmədovanın cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda bu gün, 4 aprel tarixində Lent.az məlumat verib.
Cinayət işi hakim Cavid Hüseynov tərəfindən icra olunacaq.
Hadisə ötən ilin noyabr ayında Sabunçu rayonunda baş verib. Püstə Məmmədova münaqişə zəminində yaşadığı evdə 52 yaşlı qardaşı Atamoğlan Məmmədovu bıçaqlayıb.
Kişi 4 bıçaq zərbəsi ilə xəstəxanaya çatdırılıb, qadın polis tərəfindən saxlanılıb.