Bakı metrosunda baş vermiş 7 dəqiqəlik intervalın səbəbi açıqlanıb. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bildirilir ki, buna səbəb qatarların “Neftçilər” və “Memar Əcəmi” istiqamətlərindən geri qaytarılmasıdır. Sərnişin sıxlığını tənzimləmək üçün səhər pik saatlarda bu addım atılır. Bu, xəttə əlavə qatarların buraxılmasına imkan yaradır, ancaq “Azadlıq prospekti" və “Həzi Aslanov” stansiyalarında interval 2 dəfə artır.
“Bu, o demək deyil ki, sadalanan stansiyalar istiqamətində sərnişin axını nəzarətdə saxlanılmır. Lakin bu ən effektiv üsullardan biridir”, – deyə qurumun mətbuat katibi Bəxtiyar Məmmədov əlavə edib.